Zakir Qaralovun Sabirabadda nəzərdə tutulan qəbulunun vaxtı dəyişdirilib

Zakir Qaralovun Sabirabadda nəzərdə tutulan qəbulunun vaxtı dəyişdirilib
# 17 oktyabr 2017 10:09 (UTC +04:00)

Baş prokuror Zakir Qaralovun oktyabrın 20-də saat 10:00-da Sabirabad rayon prokurorluğunun inzibati binasında nəzərdə tutulan qəbulunun vaxtı dəyişdirilib.

Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Qəbul oktyabrın 27-də, saat 10:00-da keçiriləcək.

Qəbulda Şirvan şəhəri, Sabirabad, Hacıqabul, Saatlı və Salyan rayonlarında yaşayan vətəndaşlar işyirak edə bilərlər.

Məlumatda qeyd olunur ki, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Sabirabad şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR