Bakıda liftdə 3 azyaşlı qalıb

Bakıda liftdə 3 azyaşlı qalıb
# 20 yanvar 2018 19:56 (UTC +04:00)

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 3 nəfər azyaşlı liftdə köməksiz vəziyyətdə qalıb. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq azyaşlıların liftdən çıxmasına kömək ediblər. Əməliyyat başa çatıb.​

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR