Şəmkir sakini döyülüb

Şəmkir sakini döyülüb
# 05 sentyabr 2017 07:57 (UTC +04:00)

Şəmkirdə 19 yaşlı oğlan döyülərək xəsarət alıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayon sakini 19 yaşlı Emin Qasımov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.

Vəziyyətinin normal olduğu bildirilir. Məlumata görə, E. Qasımov şüşə butulka ilə baş nahiyəsindən vurularaq xəsarət alıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR