Xaçmazda iki maşın toqquşub, xəsarət alanlar var

Xaçmazda iki maşın toqquşub, xəsarət alanlar var
# 18 oktyabr 2017 12:03 (UTC +04:00)

Bu gün günorta saatlarında Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Gəndob-Yalama yolunun Xaçmaz rayonundan keçən hissəsində qeydə alınıb. "VAZ 2106" markalı maşınla "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində Xaçmaz rayon sakinləri, 1995-ci il təvəllüdlü Baladadaşov Elşad Məcti oğlu və 1993-cü il təvəllüdlü Əmirquliyev Orxan Əlikərəm oğlu xəsarət alıb. Hər iki şəxs Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR