Türkiyə ordusu Afrində azı 260 kürd terrorçusunu məhv edib

Türkiyə ordusu Afrində azı 260 kürd terrorçusunu məhv edib
# 23 yanvar 2018 22:40 (UTC +04:00)

Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində azı 260 kürd terrorçusu məhv edilib. APA-nın xəbərinə görə, bu barədə Türkiyə Baş Qərargahının məlumatında bildirilir.

Məlumata görə, yanvarın 23-də terrorçularla döyüş zamanı bir hərbçi həlak olub, daha bir nəfər isə yaralanıb. Əməliyyatın planlı şəkildə davam etdirildiyi bildirilir.

Qeyd edək ki, Türkiyə ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı “Zeytun budağı” əməliyyatına başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR