Mehdiabadda iki maşın toqquşub

Mehdiabadda iki maşın toqquşub
# 09 mart 2019 15:15 (UTC +04:00)

Mehdiabad qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın məlumatına görə, Abşeron rayonu Mehdiabad qəsəbəsində "Mercedes ML" markalı avtomobillə "Mitsubishi Pajero" markalı avtomobil toqquşub.

Hadisə Mehdiabaddan Novxanı qəsəbəsi istiqamətinə gedən yolda baş verib. Qəza zamanı ağır xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR