İxrac boru kəmərlərinin mərkəzi oxundan 500 m məsafəyə qədər kütləvi aksiyalar qadağan edilib

İxrac boru kəmərlərinin mərkəzi oxundan 500 m məsafəyə qədər kütləvi aksiyalar qadağan edilib
# 10 aprel 2018 12:51 (UTC +04:00)

Azərbaycan-Gürcüstan-Türkiyə boru kəmərləri adlandırılan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas Ixrac Boru Kəməri ( BTC), Cənubi Qafqaz Boru Kəməri (CQ) və Cənubi Qafqaz Boru Kəməri Genişləndirilmiş (CQG) boru kəmərlərinin məsləhətləşmə zonası daxilində, eləcə də çay keçidlərində hər hansı növ odlu silahdan atəş açılması və istismarçı təşkilatın icazəsi olmadan kütləvi tədbirlərin və təlimlərin keçirilməsi qadağan edilib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri, Cənubi Qafqaz Boru Kəməri və Cənubi Qafqaz Boru Kəməri Genişləndirilmiş boru kəmərlərinin məsləhətləşmə və mühafizə zonalarının müəyyən edilməsi Qaydaları”nda əksini tapıb.

Məsləhətləşmə zonası hər bir boru kəmərinin və çoxxətli boru kəmərlərinin marşrutu boyunca kənar boru kəmərlərinin mərkəzi oxundan hər tərəfə 500 metr məsafəni əhatə edir.

Qeyd edək ki, yeni Qaydaların qəbulu ilə əlaqədar Nazirlər Kabineti “Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan ixrac neft boru kəmərinin və Cənubi Qafqaz qaz boru kəmərinin məsləhətləşmə və mühafizə zonalarının müəyyən edilməsi Qaydalarının təsdiq edilməsi haqqında” 2004-cü il 2 noyabr tarixli qərarını ləğv edib. İndiyə qədər qüvvədə olan həmin qərarda belə qadağalar əksini tapmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR