Ombudsman Aparatının əməkdaşları saxlanma yeri və polis bölmələrində olublar

Ombudsman Aparatının əməkdaşları saxlanma yeri və polis bölmələrində olublar
# 31 may 2018 15:15 (UTC +04:00)

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Daxili İşlər Nazirliyinin Səbail Rayon Polis İdarəsinin (RPİ) Müvəqqəti saxlama yerinə, həmin RPİ-nin 8, 9 və 39-cu polis bölmələrinə əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmələr həyata keçirilib.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müvəqqəti saxlama yerinə (MSY) başçəkmə çərçivəsində müəssisədə saxlanılan şəxs olmayıb, müvafiq qeydiyyat jurnalı üzrə əvvəlki tarixlərdə saxlanılan şəxslərlə bağlı sənədlər araşdırılıb. Tibbi yardım, gəzinti, görüş, telefon danışıqları, kameradan çıxarılma və sovqat ilə bağlı sənədləşmə yoxlanılıb, bütün kameralara baxışlar keçirilib, mövcud ehtiyaclar öyrənilib.

Yekunda MSY rəhbərliyi ilə sənədləşmənin və saxlanma şəraitinin təkmilləşdirilməsi, müraciətlərin təmini məsələsi müzakirə olunub. Milli və beynəlxalq qanunvericilik əsasında əməkdaşlara ünvanlanan hüquqi maarifləndirmə işi aparılıb, müvafiq tövsiyələr verilib.

Səbail RPİ-nin 8 və 9-cu polis bölmələrinə də keçirilmiş başçəkmələr zamanı saxlanılan şəxs olmayıb. 39-cu polis bölməsində isə inzibati xətaya görə saxlanılmış 2 nəfər şəxs MPQ üzvləri tərəfindən qəbul olunub, fərdi qaydada dinlənilib.

Başçəkmələrin yekununda İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanununun müddəaları əsasında məsul əməkdaşlarla hüquqi maarifləndirici söhbətlər aparılıb, sənədləşmənin təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR