Balakən sakini özünü yandırıb

Balakən sakini özünü yandırıb
# 25 dekabr 2016 20:02 (UTC +04:00)

Balakəndə 31 yaşlı kişi intihara cəhd edib.

Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün saat 18:00 radələrində hələki istintaqa məlum olmayan səbəbdən rayonun Hənifə kənd sakini, 1985-ci il təvəllüdlü Kamil Nəsrullah oğlu Dovşanov yaşadığı ünvanda intihar etmək üçün üstünə benzin tökərək özünü yandırıb.

Yaxınlarının köməyi ilə xilas olunan K. Dovşanov Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

MRX-dan verilən məlumata görə, K. Dovşanovun yanıq xəsarətləri ağır olduğu üçün ona xəstəxanada lazımi ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı Balakən rayon prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR