BMT Suriyada tərəfləri dialoqa çağırıb

BMT Suriyada tərəfləri dialoqa çağırıb
# 09 dekabr 2016 07:05 (UTC +04:00)

BMT-nin Suriya münaqişəsinə dair xüsusi elçisi Staffan de Mistura hökumət və müxalifət qüvvələrini danışıqlara çağırıb.

APA-nın “TASS”-a istinadən yaydığını məlumata görə, xüsusi elçi bu çağırışı BMT-nin Təhlükəsizlik Şurasındakı qapalı görüşdən sonra edib.


“Danışıqların bərpasının mümkünlüyünü nəzərdən keçirmək vaxtı çatıb. Müzakirələri nə vaxt və necə aparmaq şəraitini öyrənmək lazımdır. Bunun üçün Suriya hökumətinin Cenevrədə Təhlükəsizlik Şurasının 2254 nömrəli qətnaməsinə uyğun danışıqları aparmağa hazır olduğuna əmin olmalıyıq”- deyə, Mistura söyləyib.

Müxalifətin də danışıqlara qoşulmasının vacibliyini vurğulayan xüsusi elçi bununla belə danışıqların tarixi barədə heç nə deməyib.

Qeyd edək ki, Staffan de Mistura danışıqların hələ bu ilin may ayında bərpa olunmasının istəyib. Lakin danışıqlara başlama tarixi dəfələrlə təxirə salınıb. Rusiya tərəfi danışıqların yanvarın 1-dək yəni BMT-nin hazırkı baş katibi Pan Gi Munun səlahiyyət müddəti bitənədək bərpa olunmasını vacib sayır.

İsmayıl Fətəliyev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR