“Liverpul” klublararası dünya çempionatında finala yüksəlib

“Liverpul” klublararası dünya çempionatında finala yüksəlib
# 18 dekabr 2019 23:53 (UTC +04:00)

Qətərdə keçirilən klublararası dünya çempionatında yarımfinal mərhələsi başa çatıb.

Apasport.az saytının məlumatına görə, ikinci finalçı İngiltərə “Liverpul”u ilə Meksika “Monterrey”i arasında matçda müəyyənləşib.

İlk yarıda komandalar erkən qollar vurublar. Görüşün taleyinə Avropa təmsilçisinin son dəqiqə qolu aydınlıq gətirib.

Finala yüksələn “Liverpul” dekabrın 21-də Braziliyanın “Flamenqo” klubu ilə görüşəcək. Həmin gün baş tutacaq 3-cü yer uğrunda qarşılaşmada “Monterrey” Səudiyyə Ərəbistanı “Əl-Hilal”ı ilə üz-üzə gələcək.

Klublararası dünya çempionatı
Yarımfinal
18 dekabr
“Monterrey” (Meksika) – “Liverpul” (İngiltərə) – 1:2

Mori, 14 – Keyta, 12, Firmino, 90

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR