Dövlət Akkreditasiya Xidmətinin rəhbərliyi yenidən formalaşıb

Dövlət Akkreditasiya Xidmətinin rəhbərliyi yenidən formalaşıb
# 08 fevral 2017 12:56 (UTC +04:00)

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində yeni təyinatlar olub. Bu barədə “APA-Economics”ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumata verilib.

Məlumata görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin əmrinə əsasən komitə yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifəsinə Abdullayev Sabiq Sabir oğlu, xidmət rəisinin müavini Ömərov Ruslan Kamal oğlu təyin edilib.

Bunadək S. Abdullayev adıçəkilən xidmətdə rəis müavini, R.Ömərov isə Sertifikatlaşdırma üzrə orqanların akkreditasiyası sektorunun müdiri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR