Bakıda qəzadan sonra hadisə yerindən qaçan sürücü tutulub.
Bakı Şəhər Baş Polis İdarəsinin və Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 26-da Bakı şəhər sakini T.Xıdırovanın xəsarət alması ilə nəticlənmiş yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən motosiklet sürücüsü - Yevlax rayon sakini T.Məmmədli saxlanılıb.