Göyçayda avtomobil su kollektoruna düşüb, iki nəfər xilas edilib

Göyçayda avtomobil su kollektoruna düşüb, iki nəfər xilas edilib
# 24 yanvar 2017 06:12 (UTC +04:00)

Bu gecə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Göyçay rayonu, Kürdəmiş kəndində avtomobilin su kollektoruna yuvarlanması nəticəsində yol-nəqliyyat qəzası baş verməsi barədə məlumat daxil olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalmış 2 nəfəri çıxarıblar. Onlar aidiyyəti üzrə təhvil veriliblər. Əməliyyat saat 01:37-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR