Ötən il banklar 1,9 mlrd. manatlıq qiymətli kağız buraxıb

Ötən  il banklar 1,9 mlrd. manatlıq qiymətli kağız buraxıb
# 02 fevral 2018 20:47 (UTC +04:00)

Bu ilin yanvar ayının 1-nə banklar tərəfindən 1 mlrd. 855,4 mln. manatlıq qiymətli kağızlar dövriyyəyə buraxılıb.

"APA-Economics" Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya əsasən xəbər verir ki, bu, ötən ilin noyabr ayındakı göstəricidən 43 mln. manat və ya 2,27% azdır.

Ümumiyyətlə, ötən il banklar tərəfindən buraxılmış qiymətli kağızların məbləği 4,79 dəfə artıb. Qeyd edək ki, 2017-ci ilin yanvar ayının 1-nə banklar tərəfindən 387,2 mln. manatlıq qiymətli kağız dövriyyəyə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR