Lənkəran teatrı İrandan qastrol səfərindən qayıdıb

Lənkəran teatrı İrandan qastrol səfərindən qayıdıb
# 08 dekabr 2016 09:18 (UTC +04:00)

Lənkəran Dövlət Dram Teatrının truppası İran İslam Respublikasından qastrol səfərindən qayıdıb. Teatrın direktoru Tofiq Heydərovun APA-nın cənub bürosuna verdiy məlumata görə, yaradıcı kollektiv qonşu ölkənin Rəşt şəhərində Bəhram Beyzayinin “İlan Sultan” tamaşası ilə şıxış edib.

T.Heydərov bildirib ki, qastrol səfərinin açılış mərasimi dekabrın 1-də baş tutub. Tədbirdə İranın Gilan vilayətinin Mədəniyyət İdarəsinin rəisi Firuz Fazili və Rəşt şəhərinin meri Məhəmmədəli Sabitqədəm çıxış edərək Lənkəran teatrının truppasına xoş və səmimi salamlarını çatdırıblar. İranın bir sira rəsmi dövlət xadimlərinin də qatıldığı mərasimdə Azərbaycan-İran əlaqələrinin yüksələn xətlə inkişaf etdiyi, bu cür mədəni görüşlərin iki dost xalq arasında müstəsna əhəmiyyət daşıdığı qeyd olunub.

Dekabrın 7-ə kimi davam edən səfər müddətində teatrın truppası həmçinin Ü.Hacıbəyovun “Olanlardan-keçənlərdən” tamaşası ilə Rəşt şəhərində keçirilən “Meydan tamaşaları” festivalına da qatılıb.

Direktorun sözlərinə görə, qastrol səfərinin bağlanış mərasimi də böyük coşqu ilə keçib. Səhnədə Azərbaycan və İranın dövlət bayraqları dalğalandırılıb. Teatrın truppası yüksək qonaqpərvərlik və hərarətlə Vətənə yola salınıb.

T.Heydərov bildirib ki, kollektiv Rəşt şəhərində olduğu müddətdə İranın Tehran və Ərdəbil şəhərlərindən də qastrol dəvətləri alıb.

Ağəddin Babayev

Mədəniyyət

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR