Aleksandr Lukaşenkoya “Heydər Əliyev” ordeni təqdim edilib - YENİLƏNİB

Aleksandr Lukaşenkoya “Heydər Əliyev” ordeni təqdim edilib - <span style="color: red;">YENİLƏNİB
# 28 noyabr 2016 18:33 (UTC +04:00)

Noyabrın 28-də prezidenti Aleksandr Lukaşenkoya “Heydər Əliyev” ordeninin təqdim edilməsi mərasimi olub.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev mərasimdə çıxış edib.

Sonra dövlət başçısı “Heydər Əliyev” ordenini prezident Aleksandr Lukaşenkoya təqdim edib.

Belarus prezidenti mərasimdə çıxış edib.

Noyabrın 28-də Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Belarus prezidenti Aleksandr Lukaşenkonun şərəfinə rəsmi qəbul təşkil olunub.

***

20:40

Azərbaycan prezidenti İlham Əliyev Aleksandr Lukaşenkonun “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə sənədə əsasən, Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Belarus Respublikasının prezidenti Aleksandr Qriqoryeviç Lukaşenko “Heydər Əliyev” ordeni ilə təltif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR