Bakıda kişi özünü 17-ci mərtəbədən atıb

Bakıda kişi özünü 17-ci mərtəbədən atıb
# 19 sentyabr 2017 08:55 (UTC +04:00)

Bakıda naməlum kişi intihar edib.

Nəsimi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb.

25-30 yaşlarında naməlum kişi Mirəli Qaşqay küçəsi 36 ünvanında yerləşən binanın 17-ci mərtəbəsindən özünü atıb.

Hadisə yerində keçinən şəxsin kimliyini müəyyənləşdirmək hələlik mümkün olmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR