"Şəki–Türk dünyasının mədəniyyət paytaxtı 2016” ilinin bağlanış mərasimi keçiriləcək

"Şəki–Türk dünyasının mədəniyyət paytaxtı 2016” ilinin bağlanış mərasimi keçiriləcək
# 29 noyabr 2016 14:10 (UTC +04:00)

Dekabrın 1-2-də Şəki şəhərində TÜRKSOY Daimi Şurasının 34-cü toplantısı və “Şəki – Türk dünyasının mədəniyyət paytaxtı 2016” ilinin bağlanış mərasimi keçiriləcək. Mədəniyyət və Turizm Naziliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, TÜRKSOY mədəniyyət nazirlərinin Daimi Şurasının 34-cü iclasının gündəliyinə qurumun ötən il ərzində həyata keçirdiyi fəaliyyətlərin qiymətləndirilməsi, ənənəvi festivalların, cari layihələrin və yeni layihələrinin müzakirəsi, üzv ölkələr arasında mədəniyyət sahəsindəki əməkdaşlığın daha da genişləndirilməsi və s. məsələlər daxil edilib. Bununla yanaşı türk dünyasının 2017-ci il üçün mədəniyyət paytaxtı olacaq şəhərin seçiləcəyi də gözlənilir.

Toplantının sonunda yekun bəyannamə imzalanacaq və mətbuat konfransı keçiriləcək. Elə həmin gün Şəki Dövlət Dram Teatrında TÜRKSOY Rəsm Sərgisinin açılışı və “Şəki – Türk dünyasının mədəniyyət paytaxtı 2016” ilinin bağlanış mərasimi təşkil olunacaq.

Qeyd edək ki, ötən il Türkmənistanın Mərv şəhərində keçirilmiş TÜRKSOY mədəniyyət nazirlərinin Daimi Şurasının 33-cü iclasında Azərbaycanın tarixi və mədəni şəhəri kimi Şəki təşkilatın 2016-cı il üçün mədəniyyət paytaxtı seçilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR