Tbilisi metrosunun fəaliyyəti sabahdan bərpa oluna bilər

Tbilisi metrosunun fəaliyyəti sabahdan bərpa oluna bilər
# 05 iyun 2018 15:54 (UTC +04:00)

Sabahdan etibarən Tbilisi Metropoliteni fəaliyyətini bərpa edə bilər.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, maşinistlər tətili dayandırmaq üçün şərt irəli sürüblər.

Maşinistlərdən biri Zaza Barbakadze deyib ki, əgər onlarla 2019-cu ilin yanvarın 1-dən əmək haqlarının artırılacağı ilə bağlı müqavilə imzalansa, o zaman sabah saat 08.00-dan etibarən metronun işi bərpa olunacaq: “Bu məsələ ilə bağlı maşinistlər və şəhər meriyasının nümayəndələri arasında danışıqlar aparılır. Biz əməkhaqqının elə bu gün artırılmasını tələb etməmişik. Lakin imzalanmış sənəd olmalıdır ki, 2019-cu ilin yanvarında bizim tələb etdiyimiz kimi, maaşlarımız artırılacaq”.


Qeyd edək ki, Tbilisi metrosu artıq iki gündür maşinistlərin tətili səbəbindən fəaliyyət göstərmir. Sərnişinlər şəhərdə ictimai avtobuslardan gediş haqqı ödəmədən istifadə edə bilirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR