Tanışını öldürən şəxsə 10 il həbs cəzası verilib

Tanışını öldürən şəxsə 10 il həbs cəzası verilib
# 01 fevral 2017 09:53 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Ümid Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ü. Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il avqustun 14-də Nəsimi rayonu ərazisində - Moskva prospektindən üzərində zorakılıq əlamətləri (kəsici-deşici alətlə yetirilmə xarakterli) olan 20-25 yaşlı kişi meyiti tapılıb. Nəsimi rayon 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən qətlə yetirilənin Bakı şəhər sakini Vidadi Məmmədov olması müəyyən edilib. Araşdırmalar zamanı həmin gün V.Məmmədovla paytaxt sakini Ümid Məmmədov arasında münaqişə baş verməsi və onların bir-birinə bıçaqla xəsarət yetirmələri müəyyən edilib. Ü.Məmmədov Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, orda vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR