Gürcüstan hökuməti qara JEEP-lərdən imtina edir

Gürcüstan hökuməti qara JEEP-lərdən imtina edir
# 02 fevral 2018 13:37 (UTC +04:00)

“Gürcüstanda qara rəngdə olan JEEP tipli avtomobillərin dövrünə son qoymaq zamanı yetişib”.

APA-nın yerli bürosunun məlumatına görə, bunu Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili hökumətin iclasında deyib.


Hökumət başçısı bildirib ki, qara rəngli avtomobillər onu və hər kəsi qıcıqlandırır: “Hökumət administrasiyasının avtomobil parkındakı qara maşınları ekoloji təmiz maşınlarla əvəz etmək lazımdır. Bunu yalnız hökumət deyil, güc strukturları da etməlidir. Heç yerdə yazılmaylb ki, güc strukturları mütləq qara JEEP-lərdən istifadə etməlidir. Bu prosesə nazirliklərdə başlanacaq. Buna birdən başlaya bilmərik, belə ki, böyük maliyyə tələb olunur”.


G. Kvirikaşvili qeyd edib ki, protokolun tələb edəcəyi halda, istisnalar mümkündür: “Beynəlxalq təşkilatlar ağ rəngli maşınlardan istifadə edir. Biz mərhələli şəkildə qara rəngli JEEP-lərin istifadəsindən imtina etməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR