Xırdalanda köməksiz vəziyyətdə qalmış 5 şəxs xilas edilib

Xırdalanda köməksiz vəziyyətdə qalmış 5 şəxs xilas edilib
# 05 oktyabr 2017 22:11 (UTC +04:00)

Xırdalanda köməksiz vəziyyətdə qalmış şəxslər xilas edilib. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhərində intensiv yağan yağışlar səbəbindən altımərtəbəli yaşayış binasının həyətyanı sahəsinin yağış suları ilə dolması nəticəsində 5 nəfər köməksiz vəziyyətdə qalıb. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri müvafiq xilasetmə işlərinin görülməsi üçün hadisə yerinə cəlb olunaraq vətəndaşları təhlükəsiz əraziyə təxliyə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR