Azərbaycan prezidenti sinqapurlu həmkarını təbrik edib

Azərbaycan prezidenti sinqapurlu həmkarını təbrik edib
# 08 avqust 2015 15:16 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev sinqapurlu həmkarı Toni Tan Kenq Yamı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:


"Hörmətli cənab prezident, Sinqapur Respublikasının milli bayramı münasibətilə sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim sülh və rifah arzulayıram".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR