“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) törəmə müəssisəsi “Daşkəsən Dəmir Filiz” (DDF) MMC-nin təşəbbüsü və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) dəstəyi ilə Daşkəsən rayonunda yerləşən Güney-Zağalı su anbarının ətrafında ekoloji aksiya keçirilib.
Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, Güney-Zağalı su anbarı Daşkəsən şəhərindən 8 kilometr cənubda, Xoşbulaq və Zağalı kəndlərinin arasında - Qoşqarçay dərəsində yerləşir. Qoşqarçay və Hamamçayın suyu ilə qidalanan su anbarı 1959-cu ildə layihələndirilmiş, 1969-cu ildə inşası başa çatdırılmışdır. Su anbarı Azərbaycan Dağ-Mədən Filizsaflaşdırma Kombinatının Saflaşdırıcı Fabrikində nəm üsulla konsentrat istehsalı üzrə texniki suya tələbatın ödənilməsi məqsədi ilə inşa edilmişdir. Qeyd edilən dövrdə illik 1 milyon ton konsentrantın istehsalı üçün su anbarından 3 milyon kub metr həcmində su təchiz edilirdi. Gələcəkdə nəzərdə tutulan illik 1.2 milyon ton konsentratın istehsalı üçün su anbarından təchiz ediləcək sərfiyyat 3.6 milyon kub metr təşkil edəcək. Hazırda DDF MMC-nin balansında olan hövzənin ümumu su həcminin artırılması və su ehtiyatının mühafizəsi üçün müvafiq tədbirlər görülür. Su ehtiyatının daha səmərəli istifadəsi məqsədilə Güney-Zağalının deqradasiyaya məruz qalmış infrastrukturu yenidən qurulur.
Qeyd edək ki, 18 sentyabr Beynəlxalq Sahilyanı Təmizlik Gününə həsr edilmiş aksiya çərçivəsində “AzerGold” QSC və ETSN-nin əməkdaşlarının iştirakı ilə su hövzəsinin ətrafı müxtəlif məişət tullantılarından təmizlənib, tullantılar çeşidlənərək təkrar emala yönəldilib. Bununla yanaşı, əraziyə ətraf mühitinin mühafizəsinə dair maarifləndirici lövhələr yerləşdirilib.
Tədbirin əsas məqsədi su hövzələrində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin tullantılarla zibillənməsinin qarşısını almaq və təbiətin qorunmasına töhfə verməkdir.
Aksiya çərçivəsində, həmçinin balıq növlərinin təbii populyasiyasının artırılması məqsədilə su hövzəsinə yerli şəraitə uyğun olaraq qızılxallı forel körpələri buraxılıb. Balıqların suya buraxılması mərasimində Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev və “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, DDF MMC-nin Baş direktoru Oqtay Məmmədov iştirak edib.
Beynəlxalq Sahilyanı Təmizlik Günü su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn irimiqyaslı aksiyaların keçirildiyi təqvimdir. Son 30 il müddətində dünyanın 100-dən çox ölkəsi hər il bu günü qeyd edir. Bu məqsədlə bütün dünya üzrə on minlərlə insan könüllü olaraq yaşadıqları ərazilərin sahillərini tullantılardan təmizləyir.
Güney-Zağalı su anbarı ətrafında ekoloji aksiya keçirilib - FOTO - VİDEO
© APA | Güney-Zağalı su anbarı ətrafında ekoloji aksiya keçirilib
Sosial
Xəbər Lenti
“Bitcoin”in qiyməti 62 min dollar səviyyəsinə enib
ABŞ Silahlı Qüvvələri İrana daha bir zərbə dalğasını başa çatdırıb - YENİLƏNİB
Tramp iyulun 16-da xalqa müraciət edəcək
Şəkidə 23 hektar taxıl sahəsi yanıb
Ukrayna qüvvələri Afipski Neft Emalı Zavoduna zərbə endirib
İran Küveytdə ABŞ hərbi bazasına və hərbi gəmisinə zərbə endirdiyini açıqlayıb
Tramp: İrana zərbələrin davam etməsinə baxmayaraq, razılaşma mümkündür
Ərdoğan: Türkiyə NATO-nun ən güclü tərəfdaşlarından biri olaraq qalır
Reuters: İranın Kiş adası yaxınlığında iki partlayış baş verib
Tramp Netanyahuya dəstəyini dayandırmadığını bildirib
CNN: Tramp Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini dəstəkləyəcək
Kallas: Rusiyaya qarşı sanksiyalar Aİ iqtisadiyyatına zərər vurur
ABŞ Prezidenti: İran rəhbərliyinin harada olduğunu bilirik
NYT: Tramp Konqresi İrana qarşı hərbi əməliyyatların bərpası barədə məlumatlandırıb
Hörmüz boğazında bir neçə gəmi atəşə tutulub
ABŞ Prezidenti: İran memorandumun şərtlərinə əməl etmədi
Tramp: ABŞ yaxın günlərdə İrana zərbələri davam etdirəcək
Brent markalı neftin qiyməti 80 dolları ötüb
BMT baş katibi Hörmüz boğazında gəmiçilik azadlığının qorunmasının tərəfdarıdır
Bəndər-Abbasın şərqində dörd partlayış baş verib
ABŞ bir neçə saat sonra İran limanlarına qarşı blokadanı bərpa edəcəyini açıqlayıb
Zelenski “Freyja” hava hücumundan müdafiə sisteminin işə düşəcəyi tarixi açıqlayıb
Kallas: Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini iyulun 15-də razılaşdırmağa çalışacaq
Macarıstan parlamenti prezidentin vəzifədən uzaqlaşdırılmasına dair konstitusiya dəyişikliyini qəbul edib
ABŞ Kubaya qarşı sanksiyaları genişləndirib
Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini razılaşdıra bilməyib
İsrail 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi tanınması ilə bağlı səsverməni təxirə salıb
Ukraynanın Baş naziri Yuliya Sviridenko istefa verib
Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib - FOTO
Böyük Britaniya Aİ-nin Ukraynanın hərbi maliyyələşdirilməsi proqramına qoşulub
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı geniş kampaniyaya başlayır
DİM: Beynəlxalq dil sertifikatlarının qəbul edilməməsi ilə bağlı iddialar doğru deyil
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Belarusda rəsmi səfərdədir - FOTO
PSJ Luka Dinin transferini tamamlamağa yaxındır
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - FOTO - VİDEO - YENİLƏNİB-1
Avropanın 9 ölkəsi Ukrayna ilə antiballistik raket koalisiyası barədə razılığa gəlib
Ərdoğan bölgədə sülhün təmin olunması üçün Trampla əməkdaşlığı davam etdirəcəklərini deyib
ABŞ Ədliyyə Nazirliyi və Pentaqon məlumat sızmalarına qarşı birgə işçi qrupu yaradıb
Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumunda Suriya, Qazaxıstan və Özbəkistan nümayəndələri ilə görüşüb
Şuşa Qlobal Media Forumu: Həqiqətin bərpası və sülh gündəliyinin beynəlxalq platforması - RƏY
D-8 Media Mükəmməllik Mərkəzinin hüquqi statusu hazırlanıb
Deputat: Prezidentin Şuşa Forumunda fikirləri Azərbaycanın gələcək xarici siyasət prioritetlərini ortaya qoyur
Tramp İranın blokadasının bərpa olunduğunu və Hörmüz boğazından daşınan yüklərə görə 20% ödəniş alınacağını elan edib
Baş katib: Ümid edirik ki, D-8 Media Mükəmməllik Mərkəzi qısa zamanda fəaliyyətə başlayacaq
Azərbaycan Nyu-Yorkda Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumda təmsil olunub
Umud Mirzəyev: Şuşa Qlobal Media Forumu beynəlxalq media ictimaiyyəti üçün mühüm əməkdaşlıq platformasına çevrilib
Hikmət Hacıyev: D-8 Media Mükəmməllik Mərkəzi təşəbbüsü artıq nəticə verir