Bank Of Baku

Baş prokuror Samuxda vətəndaşları qəbul edəcək

Baş prokuror Samuxda vətəndaşları qəbul edəcək
# 13 iyul 2026 11:01 (UTC +04:00)

İyulun 17-də Baş prokuror Samuxda vətəndaşları qəbul edəcək.

APA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Baş prokuror Kamran Əliyev iyulun 17-də, saat 10:00-da Samux rayon prokurorluğunun inzibati binasında Samux, Göygöl və Daşkəsən rayon sakinlərinin qəbulunu keçirəcək.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Samux rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR