Şəmkirdə qəzada xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

Şəmkirdə qəzada xəsarət alanların kimliyi məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 03 avqust 2017 00:15 (UTC +04:00)

Şəmkirdə baş verən yol qəzasında 4 nəfərin xəsarət aldığı məlum olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bunlar Göygöl sakini, 1977-ci il təvəllüdlü Nuriyeva İlhamə Fikrət qızı, Ağstafa rayon sakini, 1989-cu il təvəllüdlü Abdullayeva Təhminə Qəşəm qızı, onun övladları - 5 yaşlı Nəzrin, 7 yaşlı Nihaddır.

Hər iki qadının və 5 yaşlı Nəzrinin vəziyyəti orta-ağır, 7 yaşlı Nihadın vəziyyətinin normal olduğu bildirilir. Avtomobilin sürücüsü və bir uşaq sərnişin qəzada xəsarət almayıblar.

Qeyd edək ki, ötən axşam Şəmkir rayonu ərazisində yol qəzası baş verib. “OKA” markalı avtomobil idarəetməni itirərək yolun kənarındakı dəmir maneəyə çırpılıb.

***

00:30

Bakı-Qazax magistral yolunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun 380-ci kilometrliyində, Şəmkir rayonu ərazisində qeydə alınıb.

“OKA” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarında dəmir maneəyə çırpılması nəticəsində 5 nəfər xəsarət alıb. Onlardan 3 nəfəri azyaşlı olduğuna görə Gəncədə yerləşən 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına, iki qadın isə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Qadınlardan birinin, Göygöl sakini, 1977-ci il təvəllüdlü Nuriyeva İlhamə Fikrət qızının vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR