Silsilə oğurluq etməkdə təqsirli bilinən şəxs 9 il müddətinə azadlıqdan məhrum edilib

Silsilə oğurluq etməkdə təqsirli bilinən şəxs 9 il müddətinə azadlıqdan məhrum edilib
# 05 avqust 2015 14:48 (UTC +04:00)

APA-nın məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Əfqan Xudiyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Cəlilabad rayon sakini, 1972-ci il təvəllüdlü Əfqan Xudiyev Bakıda Namiq Məmmədovun mənzilindən pul və qızıl-zinət əşyaları, Elman Cəfərova məxsus, H.Aslanov küçəsində yerləşən ofisdən iki ədəd televizor və noutbuk, Nəsihət Əliyevə məxsus, R.Behbudov küçəsində yerləşən mağazadan 1000 manat, Nadir Məmmədova məxsus, Nizami küçəsində yerləşən mağazadan eynəklər, disklər, saatlar və mobil telefonlar,Ruslan Kərimova məxsus, Nizami küçəsində yerləşən mağazadan 4470 manat və kişi geyimləri, Səbinə Sultanovaya məxsus, H.Aslanov küçəsində yerləşən mağazadan 8325 manat dəyərində qadın geyimləri, M.Qardaşları küçəsində yerləşən, Salyan rayon sakini Elşən Eminova məxsus gözəllik salonundan 3800 manat və 1454 ABŞ dolları oğurlayıb.

O, həmçinin Z.Əliyeva küçəsində yerləşən, Svetlana Cəfərovaya məxsus gözəllik salonundan 1025 manat və ətriyyat, Z.Əliyeva küçəsində yerləşən gözəllik salonundan mis vaza, ətir, bijuteriya və qadın saatı oğurlayıb.

Nəsimi rayon Polis İdarəsi 22-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Əfqan Xudiyevin üzərindən 1 qramdan artıq heroin aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR