Cəlilabadda baş verən yol qəzasında ailə üzvünü itirən şəxsə kompensasiya ödənilib

Cəlilabadda baş verən yol qəzasında ailə üzvünü itirən şəxsə kompensasiya ödənilib
# 02 sentyabr 2015 14:42 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. İcbari Sığorta Bürosu (İSB) tərəfindən kompensasiya ödənişi həyata keçirilib.

İSB-dən “APA-Economics”ə verilən xəbərə görə, büro tərəfindən 2013-cü il noyabrın 14-də Cəlilabad rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ailə üzvlərindən birinin vəfat etməsi, digərinin isə yüngül dərəcəli xəsarət alması ilə əlaqədar olaraq Azərbaycan Respublikasının vətəndaşına 5 750 manat məbləğində kompensasiya ödənişi poçt vasitəsi ilə 2015-ci il sentyabrın 2-də köçürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR