"ABB-Moskva"nın aktivləri rentabelliyini itirməkdədir

"ABB-Moskva"nın aktivləri rentabelliyini itirməkdədir
# 08 fevral 2017 12:27 (UTC +04:00)

Rusiyada fəaliyyət göstərən bankların aktivlərin rentabelliyinə görə renkinqi açıqlanıb.

"APA-Economics" xəbər verir ki, 200 bankın yer aldığı renkinqdə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) törəməsi olan "ABB-Moskva" MMC 197-ci yerdə qərarlaşıb. Belə ki, törəmə bankın aktivlərinin rentabelliyi -6,6% səviyyəsində qiymətləndirilir. 2015-ci ilin yekunlarına əsasən tərtib olunan renkinqdə "ABB-Moskva" 159-cu yerdə olub. 2016-cı ilin əvvəlinə aktivlərin rentabelliyi -0,8% səviyyəndə idi.

Qeyd edək ki, 2016-cı ilin sonuna "ABB-Moskva" MMC-nin aktivlərinin həcmi 29,4 mlrd. rubl təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR