"Bank Melli İran Baku" ciddi zərərlə üzləşib, kapitala olan minimal tələbi pozub

"Bank Melli İran Baku" ciddi zərərlə üzləşib, kapitala olan minimal tələbi pozub
# 24 yanvar 2017 07:50 (UTC +04:00)

2017-ci il yanvarın 1-nə "Bank Melli İran Baku"nun aktivləri 80 mln. 467,591 min manat təşkil edib. Bankdan "APA-Economics"ə verilən məlumata görə, bu göstərici 2016-cı ilin eyni dövrü ilə müqayisədə 20,2% azdır.

Ötən il müştərilərə verilən kreditlərin həcmi 7 mln. 161,775 min manat çatıb ki, bu da illik müqayisədə 30% azalma deməkdir.

Bankda müştəri hesabları hesabat dövründə 13% azalaraq 2 mln. 359,309 min manata, cəmi öhdəliklər isə 18,03% artaraq 58 mln. 560,997 min manata bərabər olub.

Hesabat dövründə şirkətin məcmu kapitalının həcmində kəskin azalma qeydə alınıb. Belə ki, müqayisə olunan dövrdə şirkətin məcmu kapitalı 57% azalaraq 22 mln. 63,57 min manat olub. Nizamnamə kapitalı isə dəyişməyərək 51 mln. 433 min 671,44 manat təşkil edib.

Qeyd edək ki, "Bank Melli İran Baku" filialı ötən ili 29 mln. 270 min 760,51 manat zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR