Heydər Əliyev Fondunun dəstəyi ilə Kannda təşkil olunan atəşfəşanlıq şousunun videosu yayımlanıb - FOTOSESSİYA - VİDEO

Heydər Əliyev Fondunun dəstəyi ilə Kannda təşkil olunan atəşfəşanlıq şousunun videosu yayımlanıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 21 iyul 2015 10:54 (UTC +04:00)

Bakı-APA. Azərbaycan iyulun 14-də Kannda başlayan ənənəvi "Pirotexnika sənəti" festivalında çıxış edib.

APA-nın xəbərinə görə, Azərbaycan Heydər Əliyev Fondunun dəstəyi ilə bu festivalda 2013-cü ildən iştirak edir. Builki atəşfəşanlıq isə həm də müsabiqə xarakterli olması ilə seçilir.

Festival “Bakı Atəşfəşanlıq Qrupu”nun şousu ilə başlayıb. “Bakı Atəşfəşanlıq Qrupu”nun 25 dəqiqəlik şousunun Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Tofiq Quliyevin, Müslüm Maqomayevin, Ələkbər Tağıyevin ölməz əsərləri və görkəmli muğam ustası Alim Qasımovun ifası ilə müşayiət olunması böyük maraqla qarşılanıb. Tədbir iştirakçıları və Kruazett bulvarı boyunca yerli sakinlər, turistlər Azərbaycan musiqisi sədaları altında möhtəşəm şounun şahidi olublar.

Kannda avqustun 24-dək davam edəcək “Pirotexnika sənəti” atəşfəşanlıq müsabiqəsində Azərbaycanla yanaşı, Polşa, Fransa, İngiltərə və Argentina da iştirak edir.

Azərbaycanın müsabiqədə təqdim olunan şousunun videosu festivalın saytında yayımlanıb. Həmin videosunu https://www.youtube.com/watch?v=ItB1_6qn4hw linkindən izləmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR