DİN: Ötən gün 91 cinayət faktı qeydə alınıb

DİN: Ötən gün 91 cinayət faktı qeydə alınıb
# 07 yanvar 2017 08:43 (UTC +04:00)

Azərbaycanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 91 cinayət faktı qeydə alınıb.

APA-nın Daxili İşlər Nazilyinin saytına istinadən verdiyi xəbərə görə, onların da 22-si "isti izlər"lə açılıb.


Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 18 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Ölkənin avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 10 nəfər yaralanı.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR