Son bir gün ərzində Pakistanın Pəncab, Bəlucistan, Sind və Azad Kəşmir regionlarına yağan güclü yağış və qar nəticəsində ölənlərin sayı artıb.
APA-nın Geo TV-yə istinadən verdiyi xəbərə görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 57-yə çatıb.
Qeyd edək ki, bundan əvvəl 14 nəfərin ölməsi barədə məlumat verilib.