Bakıda bir həftə əvvəl evində yanan şəxs xəstəxanada ölüb

Bakıda bir həftə əvvəl evində yanan şəxs xəstəxanada ölüb
# 05 avqust 2015 09:31 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda bir həftə əvvəl evində yanan şəxs xəstəxanada ölüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 30-da Sabunçu rayonunun Bakıxanov qəsəbə sakini Nail Sadıqovun yaşadığı evdə yanğın baş verib.

Nəticədə evin yanar əşyaları yanıb, N.Sadıqov isə bədən xəsarətləri və tüstüdən zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. O, avqustun 4-də orada ölmüşdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR