Qubada 72 yaşlı qadını maşın vurub

Qubada 72 yaşlı qadını maşın vurub
# 14 oktyabr 2017 17:54 (UTC +04:00)

Bu gün axşam saatlarında Bakı-Quba yolunda yol nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın İqrıq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 1945-ci il təvəllüdlü Sədaqət İskəndərovanı maşın vurub. Xəsarət alan qadın Quba Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR