Bakıda soyğunçuluq edən paytaxt sakini və Gürcüstan vətəndaşı saxlanılıb

Bakıda soyğunçuluq edən paytaxt sakini və Gürcüstan vətəndaşı saxlanılıb
# 06 oktyabr 2017 09:56 (UTC +04:00)

Bakıda soyğunçuluq edən Azərbaycan və Gürcüstan vətəndaşları saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 5-də paytaxtın Nizami rayonu ərazisində yerləşən bazarda iki naməlum şəxs Bakı şəhər sakini Vahid Əliyevin içərisində 86 manat və bankomat kartı olan pulqabısını soyğunçuluq yolu ilə alıb.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Nika Kaxaberidze və Gürcüstan vətəndaşı Levan Silaqava tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR