Baş pediatr: “Valideyn uşağı peyvənd etdirməkdən imtina edərsə, izahat verməlidir”

Baş pediatr: “Valideyn uşağı peyvənd etdirməkdən imtina edərsə, izahat verməlidir”
# 01 mart 2017 08:52 (UTC +04:00)

“Bəzi ailələrdə uşaqların hüquqları valideynlər tərəfindən pozulur. Elə ailələr də var ki, uşaqlar özbaşına böyüyür. Valideynin savadı yoxdur, kiminsə sözü ilə uşağını peyvənd elətdirmir”. APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev deyib.

Onun sözlərinə görə, 2013-cü ilin aprelində Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə “Uşaqların icbari dispanserizasiyası haqqında” qanun və Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq təlimatda göstərilib ki, əgər valideyn uşağını tibbi müayinədən, peyvənd etdirməkdən imtina edərsə, ondan yazılı izahat alınmalıdır: “Əgər uşaq peyvənd olunmursa, o həm özü, həm ətrafdakı uşaqları risk altında qoymuş olur”.

N. Quliyev qeyd edib ki, Azərbaycanda hələ də uşaq əhalisinin 100% kompleks tibbi müayinədən keçirilməsinə nail olunmayıb: “2015-ci ildə Azərbaycanda uşaq əhalisinin 92%-i, 2016-cı ildə isə uşaq əhalisinin 90-91%-i icbari dispanserizasiyadan keçib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR