Azərbaycanda süni intellektlə bağlı strategiya hazırlanacaq

Azərbaycanda süni intellektlə bağlı strategiya hazırlanacaq
# 11 mart 2019 15:20 (UTC +04:00)

“Microsoft” şirkətinin dəstəyi ilə Azərbaycanda süni intellektlə bağlı strategiya hazırlanacaq.

ONA-nın xəbərinə görə, bunu “Microsoft Azərbaycan” şirkətinin rəhbəri Sərxan Həşimov deyib.

Onun sözlərinə görə, sənədin cari il ərzində hazırlanması gözlənilir və bu istiqamətdə hazırda müvafiq qurumlarla dialoq aparılır: “Bu məsələ yanvar ayında Davos forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və “Microsoft”un vitse-prezidenti Mişel van der Bell arasında keçirilən görüş zamanı müzakirə olunub”.

“Microsoft Azərbaycan” şirkətinin rəhbəri onu da qeyd edib ki, hazırda hər iki tərəf bu strategiyanın ən qısa zamanda hazırlanmasında maraqlıdır. Onun sözlərinə görə, süni intellektin əsas funksiyası peşəkar kadrların yetişdirilməsidir: “Çünki məhz bu kadrlar ölkənin sənaye, maliyyə, təhsil və s. sektorlarının inkişafına daha da böyük töhfə verə bilər. Süni intellekt bir tərəfdən artıq ehtiyac olmayan işləri əvəz edəcək, digər tərəfdənsə yeni, daha yüksək kvalifikasiya tələb edən iş yerlərinin açılmasına imkan yaradacaq ki, həmin kadr potensialı məhz o istiqamətdə özünü sınaya bilsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR