Rusiyada Azərbaycan vətəndaşlarına hökm oxunub

Rusiyada Azərbaycan vətəndaşlarına hökm oxunub
# 11 iyul 2015 07:41 (UTC +04:00)

Bakı. Faiq Mahmudov – APA. Rusiyanın Voronej vilayəti məhkəməsində Rəşad İsmayılov və Azər Nəcəfov adlı Azərbaycan vətəndaşlarına hökm oxunub.

APA-nın “İform Vest”ə istinadən verdiyi xəbərə görə, 2013-cü ildə bir qrup azərbaycanlı Voronej şəhərində yerləşən “Praqa” kafesində olarkən əcnəbi vətəndaşlarla mübahisə edib.

Spirtli içki qəbul edən gənclər mübahisəni küçədə davam etdirmək qərarına gəliblər. Küçədə dava düşüb və Azərbaycan vətəndaşı R. İsmayılov bıçaqla 4 nəfəri yaralayıb. A. Nəcəfov isə bıçaq xəsarəti almış gənci döyərək öldürməyə cəhd edib.

Bıçaq xəsarətləri alan gənclər xəstəxanaya yerləşdiriliblər. Onlardan üçünün həyatını xilas etmək mümkün olsa da, biri dünyasını dəyişib.

Məhkəmə R. İsmayılovu 9 il, A. Nəcəfovu isə 2,5 il müddətinə azadlıqdan məhrum edib. R. İsmayılov cəzasını xüsusi rejimli cəzaçəkmə məntəqəsində çəkəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR