Şanlıurfa vilayətində törədilən partlayış nəticəsində ölənlərin sayı 31-ə çatıb - VİDEO

Şanlıurfa vilayətində törədilən partlayış nəticəsində ölənlərin sayı 31-ə çatıb - <span style="color: red;">VİDEO
# 21 iyul 2015 06:58 (UTC +04:00)

APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Amara Mədəniyyət Mərkəzində törədilən partlayışda 104 nəfər xəsarət alıb. Onlardan əksəriyyətinin vəziyyəti ağırdır.

Qeyd edək ki, iyulun 20-də mərkəzdə keçirilən mətbuat konfransı zamanı terrorçu-kamikadze partlayış törədib. Ölkənin müxtəlif bölgələrindən Suruça gələn 300 gənc həmin mərkəzdə yerləşdirilib.

Sosialist Gənclik Dərnəkləri Federasiyasının üzvü olan gənclər keçirdikləri mətbuat konfransında Suriyanın Kobani şəhərinə səfərlərinin məqsədini açıqlarkən terror hadisəsi törədilib. Gənclər Kobanidə bərpa işləri aparmaq istədiklərini deyiblər.

Partlayışı İŞİD üzvü olan 18 yaşlı qızın törətdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR