“Babək” filmi Belarusun ən çox izlənilən kanalında nümayiş olunub

“Babək” filmi Belarusun ən çox izlənilən kanalında nümayiş olunub
# 05 avqust 2015 14:58 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Babək” filmi iki gün ardıcıl olaraq Belarusun ən çox izlənilən "Беларусь 3" kanalında rus dilində nümayiş etdirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Azərbaycanın Belarusdakı səfirliyi tərəfindən Belarusun aparıcı telekanallarında və mətbuatında mütəmadi Azərbaycan haqqında filmlər və məqalələr yerləşdirilir.

Qeyd edək ki, hər il Belarusun müxtəlif qəzet və jurnallarında Azərbaycan haqqında 20-25 məqalə dərc olunur, telekanallarında isə il ərzində 50-52 saat efir alınır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR