SOCAR avqustda Ceyhan limanından xam neftin ixracını 55% azaldıb

SOCAR avqustda Ceyhan limanından xam neftin ixracını 55% azaldıb
# 01 sentyabr 2015 13:33 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin avqust ayında Ceyhan limanından 871 787 ton xam neft ixrac edib

APA-Economics”in SOCAR-a istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 55,12% azdır.

Ümumilikdə, bu ilin yanvar-avqust ayları ərzində Ceyhan limanından isə 11 272 041 ton xam neft ixrac edilib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 18,96% azdır.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR