Bank Of Baku

Elton Məmmədov barəsində xüsusi ittiham qaydasında şikayət olunub

Elton Məmmədov

© APA | Elton Məmmədov

# 27 yanvar 2022 09:39 (UTC +04:00)

Sabiq deputat Elton Məmmədov barəsində xüsusi ittiham qaydasında şikayət olunub.

APA xəbər verir ki, şikayətçi E. Məmmədovun Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunmasını tələb edib.

Şikayət Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın icraatına verilib. Məhkəmənin ilkin baxış iclası fevralın 2-ə təyin edilib.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının işlər idarəsinin sabiq müdiri, keçmiş deputat Elton Məmmədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR