Gənc Tamaşaçılar Teatrında yeni səhnə əsəri hazırlanır

Gənc Tamaşaçılar Teatrında yeni səhnə əsəri hazırlanır
# 24 oktyabr 2017 12:34 (UTC +04:00)

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın hazırlanmasına başlanılıb. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, H.X Andersenin “Qar kraliçası” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın rejissoru Elşad Rəhimzadə, rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradovadır. Plastik həlli Ceyhun Dadaşova məxsus əsərin rejissor assistenti isə Sona Mustafayevadır.

Tamaşada Mehriban Hüseynova, Zemfira Əbdülsəmədova, Könül Əbilova, Anar Seyfullayev, Vahid Orucoğlu, Elşən Şıxəliyev, Ceyhun Məmmədov, Qəmər Məmmədova və digər aktyorlar rol alıb.

Tamaşa dekabr ayında təhvil veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR