Yusif Səfərov küçəsində hərəkət tam və ya qismən məhdudlaşdırılacaq

Yusif Səfərov küçəsində hərəkət tam və ya qismən məhdudlaşdırılacaq
# 30 aprel 2018 09:44 (UTC +04:00)

Yusif Səfərov küçəsində hərəkət tam və ya qismən məhdudlaşdırılacaq.

Avtomobil Yolları Agentliyindən “APA-Economics”ə verilən xəbərə görə, Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Xətai rayonu Yusif Səfərov küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq 30 aprel 2018-ci il tarixində adı çəkilən ünvanlarda axşam saat 22:00-dan etibarən hərəkət tam və ya qismən məhdudlaşdırılacaq.

Alternativ olaraq sürücülər Xocalı prospekti və Nəcəfqulu Rəfiyev küçələrindən istifadə edə bilərlər.

Məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR