FHN Ağdamda baş vermiş yanğınla bağlı məlumat yayıb

FHN Ağdamda baş vermiş yanğınla bağlı məlumat yayıb
# 16 iyul 2015 18:51 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Ağdam rayonu, Quzanlı qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı ev sahibinin 2 azyaşlı uşağı vəfat edib. Yaxınlıqdakı tikililər yağından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 19:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR