Azərbaycanda ən iri çörək istehsalçılarından biri səhmdarlarının növbədənkənar yığıncağını keçirəcək

Azərbaycanda ən iri çörək istehsalçılarından biri səhmdarlarının növbədənkənar yığıncağını keçirəcək
# 30 iyul 2015 07:40 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Avqustun 28-də saat 11.00-da “Bakıxanov - Çörək” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, yığıncaqda cəmiyyətin müşahidə şurasının, idarə heyətinin və təftiş komissiyasının (müfəttişin) üzvlərinin seçilməsi məsələləri müzakirə olunacaq.

Səhmdarların ümumi yığıncağının gündəliyi ilə bağlı materiallarla Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi, 26 B nömrəli ünvanda iş günləri saat 10.00-dan 16.00-dək tanış olmaq mümkündür.

Qeyd edək ki, səhmdar ümumi yığıncaqda iştirak hüququnu bilavasitə özü və ya nümayəndəsi vasitəsilə həyata keçirir. Bu zaman səhmdarın nümayəndəsi qanunvericiliklə müəyyənləşdirilmiş qaydada tərtib edilmiş etibarnaməyə malik olmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR