Türkiyənin Muğla vilayətində 4 bal gücündə zəlzələ olub.
APA-nın yerli bürosunun məlumatına görə, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələnin bu gün yerli vaxtla 19:10-da qeydə alındığını bildirib.
Qeyd edək ki, episentri Egey dənizinin Datça sahilindən 33 kilometr uzaqlıqda baş verən təkan yerin 17,6 kilometr dərinliyində qeydə alınıb.