Deputat Naqif Həmzəyev Tacikistanda Azərbaycanın gənclər siyasətini təqdim edəcək

Deputat Naqif Həmzəyev Tacikistanda Azərbaycanın gənclər siyasətini təqdim edəcək
# 22 aprel 2017 10:40 (UTC +04:00)

Milli Məclisin deputatı Naqif Həmzəyev 2017-ci ilin MDB məkanında Ailə İli elan olunması ilə əlaqədar Tacikistanın paytaxtında keçiriləcək "Ailə ocağı" mövzusunda forumda iştirak etmək üçün aprelin 23-dən 28-dək Düşənbədə səfərdə olacaq.


Milli Məclisin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, MDB ölkələri könüllülərinin təşəbbüsləri forumunda deputatımız "Azərbaycan Respublikasında gənclər siyasəti" mövzusunda məruzə edəcək.


Forum çərçivəsində MDB məkanındakı gənclər təşkilatları və assosiasiyaları arasında tərəfdaşlıq və əməkdaşlığın inkişafına dair məsələlərə baxılacaq, ailə quruculuğunda vətəndaş təşəbbüslərinin dəstəklənməsinə diqqət yetiriləcək, demoqrafiya siyasəti nəzərdən keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR